HAQQIMIZDA

“Platek House” MMC Memarlıq və Dizayn Şirkəti 2014-cü ildən fəaliyyət göstərir. Yarandığı ilk gündən etibarən müştəri məmnuniyyətini əsas tutan şirkətimiz fəaliyyət göstərdiyi istiqamətlərdə bir çox uğurlu proyektlərə imza atmışdır. Əldə etdiyimiz bütün uğurlar peşəkar memar və dizaynerlərimizin əməyinin və zövqlü müştərilərimizin dəstəyinin nəticəsidir.  Məqsədimiz  layihələrin hazırlanmasında sizlərə kömək etmək, yaşadığınız mühitə yeniliklər gətirərək həyatınıza rəng qatmaqdır.

Şirkətin təsis edilməsində məqsəd memarlıq və dizayn sahəsində yüksək ixtisaslı mütəxəssislərimizin yeni iş üslubu, zəngin təcrübəsi əsasında Azərbaycanda bu sahədə yeniliklərə yol açmaqdır. Bugün ölkədə geniş quruculuq işlərinin aparılması bu işə töhfə vermək istəyini doğurur. Həmçinin quruculuq işlərinin fasiləsiz və yüksələn templə davam etməsi dizayn və memarlıq sahəsində rəqabəti ən əsası orijinal yanaşma cəhdlərini meydana çıxarır. Bu məqsədlə biz “Platek House” MMC-ni yaradıb bu sağlam rəqabətə qatılmaq qərarına gəldik. Qısa zaman ərzində bu qərarın nə qədər düzgün və vaxtında verilməsi öz təsdiqini tapdı.

Qazandığımız uğurların əsasını yalnız onun innovativ gücü deyil, mütəxəssislərin məsuliyyətli yanaşması, yüksək səviyyədə hazırlığı, həmçinin tikinti, infrastruktur və layihə menecmenti ilə bağlı olan bir sıra məsələlərin həllinin işlənib hazırlanması bacarığının sübutu təşkil edir. Şirkətimiz tərəfindən reallaşdırılan layihələrdə ilk növbədə Azərbaycanın tarixi-memarlıq ənənələri, bununla yanaşı modern və xüsusən postmodern dizayn üslubları nəzərə alnır və ölkəmizin yerləşdiyi ərazi, landşaft xüsusiyyətlərinin sintezi mükəmməl şəkildə həyata keçirilir.

Bir sözlə “Platek House” MMC müasir dünyada mövcud olan dizayn və memarlıq üslublarını yerli şəraitə uyğun şəkildə öz fəaliyyətində tətbiq edir.