MİSSİYAMIZ

Missiyamız

Sosial təminata fəal töhfə verməklə lider mövqeyə malik olmaq, davamlı inkişafla bütün istiqamətlərdə yüksək nəticələr əldə etmək, Azərbaycanın müasir inkişaf tələblərinə tam cavab verən, yerli tikinti sənayesində xarici inşaat şirkətlərinə rəqib olacaq şirkət səviyyəsinə qalxmaq qarşıya qoyduğumuz əsas məqsəddir.

Hədəflərimiz isə ölkəmizin inşaat sektorunun xarici şirkətlərdən asılılğını azaltmaq və müasir mütəxəssislərdən ibarət yerli kadr bazası formalaşdırmaq, eləcə də təhlükəsiz və innovativ xidmət, o cümldən yüksək keyfiyyətli məhsulların tətbiqinə əsaslanan müasir memarlıq və inşaat layihələri ilə Azərbaycanın sürətli inkişafını dəstəkləməkdir.