EKSTERYER DİZAYN

Eksteryer dizayn – Bədii yanaşma və peşəkar dəqiqlik tələb edən işdir. Bizim dizaynerlər və memarlar – bədii baxışa malik olan peşəkarlardır. Onlar sizin sifarişinizin təkrarolunmaz dizaynını yaratmaq üçün kifayət qədər təcrübəyə malikdirlər.

Evin və ya tikilinin eksteryer dizaynının yaradılması müştəri ilə memarın (dizaynerin) birgə fantaziyasının məhsuludur. Dizayn işlərinin layihələndirilməsi zamanı sifarişçi görmək istədiyi fasadın bir neçə fərqli variantını təklif edir. Bu variantlar müzakirə edilir və nəhayət gələcək evin 3D modeli yaradılır. Şirkətimizdə 3D modeller ən müasir proqram təminatlarından faydalanmaqla ən yüksək səviyyədə hazırlanır.