Landşaft HƏLLİ

Landşaft həlli

        Bizim əsas məqsədimiz abadlıq və yaşıllaşdırma üzrə təbii-iqlim, ekoloji, torpaq və estetik amilləri nəzərə almaqla sizin istəklərinizə uyğun landşaft dizaynının variantlarını təklif etməkdir. Müasir dövrdə landşaft dizaynı çox böyük populyarlığa malikdir. Şəhər mühitində yaşadığı ərazini və evi dəyişmək istəyən insan ilk növbədə rahatlıq axtarır. Buna görə də müştərini cəlb etməyin əsas meyarı məhz uğurlu landşaft həllidir.

Şirkətimizin memarları landşaft dizaynının müasir dövr üçün çox cəsarətli hesab edilən modellərini tətbiq edirlər. Onlar landşaft dizaynının cəlbedici detalarını məhz eskiz layihəsində yaradırlar. Memarlarımız dizayn həllində tikilinin mövcud təbii mühitlə qarşılıqlı əlaqələrini ideal şəkildə nəzərə alırlar. Tikili kompleksində açıq məkanların formalaşması, yaşıllaşdırma və abadlıq işləri də bu konteksdə ideal formada sintez edilir.