Memarlıq-planlaşdırma həllİ

Memarlıq-planlaşdırma həlli

Binaların və tikililərin memarlıq planlaşdırması “Platek House” MMC-nin fəaliyyətinin əsas prioritet istiqamətidir. Memarlıq – planlaşdırma gələcək binanın ətraflı təsvir sənədlərinin tam paketinin yaradılması prosesidir. Bizim mütəxəssislərimiz sifarişçinin bütün arzularını nəzərə almaqla layihənin hazırlanma vaxtını, istifadə üçün ən rahat şəraiti təklif etməyə hazırdır. Bizim komandamız eskizdən başlayaraq ideyanı tam təcəssüm etdirən layihələri hazırlayan təcrübəli memarlardan ibarətdir. Nəzərə almaq lazımdır ki, düzgün hazırlanmış layihə tikintinin müvəffəqiyyətini müəyyən edir. Çünki layihənin reallaşdırılması əvvəlcədən ortaya qoyulan planın reallaşdırılması deməkdir. Və nəticədə gələcək binanın keyfiyyəti və rahatlığı memarın planlaşdırma zamanı işə necə peşəkar yanaşmasından asılı olacaq.